“BST” MMC öz işlərini çox şaxəli istiqamətlərdə aparır. Bu istiqamətlər sənaye və mülki tikintilər, tikinti quraşdırma, qazlaşma, mexaniki hissələrin təmiri onların diaqnostikası sahələrini əhatə edir. Bu istiqamətlərin hər biri üçün ayrı-ayrılıqda mühəndis və işçi tərkibi fəaliyyət göstərir. Bu sahələrin hər biri ayrı-ayrılıqda xüsusi sahələr olduğu üçün hər birinə ayrılıqda maddi texniki baza yaradılmışdır.
BST MMC qaz paylayıcı stansiyaların quraşdırılması, magistral boru kəmərlərinin, magistral kanalizasiya xətlərinin çəkilişi və onların texnoloji prosesləri xidmətini təklif edir
BST MMC sənaye və mülkü obyektlərinin tikintisi, hidrotexniki qurğuların, su anbarlarının, çən və texnoloji rezervuarlarının tikintisini həyata keçirir
BST MMC sənaye obyektlərində mexaniki hissələrin təmiri, quraşdırılması və diaqnostikasını həyata keçirir
BST MMC təbii və maye qaz obyektlərinin quraşdırılması, istismarı, diaqnostikası, təftişi və texniki sənədlərinin hazırlanmasını həyata keçirir
Layihələrinizin uğurla reallaşması üçün peşəkar komandamız hər zaman sizin xidmətinizdədir. Sualınız, təklifiniz və ya layihəniz haqqında daha ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlayın
Dünyanın qloballaşması elm və texnologiyanın sürətlə inkişaf etməsi, müasir idarəçilik sistemlərinin qurulması, müəssisənin işlərini bütün bu dəyişikliklərə uyğun qurmasına əsas və zərurət yaradır. Ona görə də müəssisə bütün maliyyə imkanları daxilində son texnologiyadan, müasir iş prinsiplərindən, təsdiqlənmiş özünü doğrultmuş təcrübələrdən istifadə edir, bunları öyrənmək istifadə etmək üçün daxili və xarici şirkətlərlə daima əlaqə saxlayır, onlarla iş birliyində olur.
Elm texnikanın dəyişikliyi, qurulan sistemlər hamısının bir insan rifahına onun gözəl yaşamasına xidmət etdiyi üçün müəssisədə insan faktoru əsas şərtlərdən biridir. Ona görədə müəssisə öz işçi personalının işləməsi üçün lazım olan tam bir şəraiti qurmuş, onların işlərini sevərək görməsi öz müəssisələri ilə qürur duyması bizim üçün əsas prinsiplərdən biridir. Bu üzdəndə müəssisənin fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən İSO ( İSO-9001:2015, İSO-14001:2015, İSO-45001:2018 ) sertifikatları ilə də təsdiqlənmişdir.
Bu günləri cəmiyyətdən izole edilmiş yaşamaq mümkün deyil. Bu sıradan müəssisə ölkənin iqtisadiyyatında aktiv bir mövqe tutduğu kimi cəmiyyətdə də o mövqeyini göstərir. Beləki müəssisə sosial problemlərin həllində cəmiyyətə kömək etməklə dövlətə öz dəstəyini hər zaman dövlətin millətin yanında olduğunu nümayiş etdirir. “BST” MMC dörd tələbənin millətimiz üçün savadlı bir mütəxəssis olması üçün bütün təhsil haqlarını ödəmişdir. Bir nəfər birinci qrup ( 2011-ci ildən) bir nəfər isə ikinci qrup (2017-ci ildən) əlil xəstənin tədavüyə xərclərini ödəməyi öz öhdəsinə götürüb.
Müəssisə otuz il işğal altında qalmış torpaqlarımızı düşmən torpağından azad edən millətimizin qəhrəman oğullarından qürur duymaya bilmərik. Müəssisənin rəhbərliyi bu müharibədə döyüşlərdə olmasalarda bugün onlara göstərdiyimiz qayğı ilə onlarla birlikdə olmağımızı öz maddi-mənəvi köməkliyimizlə göstərmək istəyirik. Beləki müəssisə iki qazinin bütün reabilitasiya xərclərini ödəyib. (Şabran şəhəri və Yasamal rayonu).
Bütün bu etdiklərimizlə müəssisə olaraq bir qürur duyuruq.
Belə ki müəssisə 2023-cü ildə Peşəkar futbol liqasının II liqasına vəsiqə qazanmış FÜZULİ FK futbol kulubuna maddi dəstək göstərərək klub sponsorudur.